Səsvermə ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək - VİDEO

Səsvermə ilə bağlı gün ərzində 5 dəfə məlumat veriləcək -  VİDEO
  23 Dekabr 2019    Oxunub:4014
"MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə gün ərzində 5 dəfə məlumat veriləcək".
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da səsvermənin gedişi ilə bağlı ilkin məlumatlar açıqlanacaq.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.



Qeyd edək ki, bu gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti