MSK saat 10:00-a olan nəticələri açıqladı - VİDEO

MSK saat 10:00-a olan nəticələri açıqladı -  VİDEO
  23 Dekabr 2019    Oxunub:6702
Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi bələdiyyə seçkiləri ilə bağlı ilkin seçici fəallığını açıqlayıb.
Azvision.az -ın məlumatına görə, mərkəzin müdiri Fərid Orucov bildirib ki, saat 10:00-dək seçicilərin 423 361 (8.51%) nəfəri səsvermədə iştirak edib.



Qeyd edək ki, səsvermədə iştirakı nəzərdə tutulan seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Bələdiyyə seçkiləri ölkə üzrə 5049 məntəqəni əhatə edir. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Bələdiyyə   Seçki  





Xəbər lenti