Nazirlik güllələnən gənclərlə bağlı məlumat yaydı

   Nazirlik güllələnən gənclərlə bağlı məlumat yaydı
  23 Dekabr 2019    Oxunub:3224
Səhiyyə Nazirliyi Yasamal rayonunda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, hadisə nəticəsində yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib. Belə ki, 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı şəxs, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hər iki yaralı gəncə həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, bu gecə Yasamal rayonu ərazisində baş verən silahlı insdient nəticəsində 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1987-ci il təvəllüdlü Muradov İlkin Babayev güllə yarası alıb.

Azvision.az


Teqlər: Səhiyyə   Yaralı  





Xəbər lenti