Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

  23 Dekabr 2019    Oxunub : 3102
 Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir.

Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq".

Bundan başqa, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq, Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku, Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Yosipoviç, Livan Respublikasının sabiq Prezidenti Amin Cemayel, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev, Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski və Baş katibin müavini Aydın Cəfərov, VTB Bankı Publik Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri Andrey Kostin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndəriblər.

Azvision.az

Teqlər: İlham-Əliyev   Prezident   Təbrik