Sumqayıtda dövlət kitabxanası bağlanır

  Sumqayıtda dövlət kitabxanası bağlanır
  23 Dekabr 2019    Oxunub:3835
Sumqayıt şəhərində yerləşən Səməd Vurğun adına Mərkəzi Kitabxananın Dövrü mətbuat şöbəsi fəaliyyətini dayandırır.
Kitabxanadan Azvision.az -a verilən məlumata görə, buna səbəb binanın baxımsız vəziyyətə düşməsi və maddi problemlərin olmasıdır.

“Kitabxanadakı kitablar böyük ehtimalla digər filiallar arasında bölüşdürüləcək. Binamız təmirsizdir, buranı saxlamğa yetərincə pul vəsaiti də yoxdur. Bu səbəbdən fəaliyyəti dayandırmaq qərarına gəldik”, - deyə məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Sumqayıt   Kitabxana  





Xəbər lenti