“Sədərək” ticarət mərkəzində əməliyyat keçirilib - FOTO

“Sədərək” ticarət mərkəzində əməliyyat keçirilib -    FOTO
  23 Dekabr 2019    Oxunub:2958
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, növbəti belə tədbir Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində həyata keçirilib. Belə ki, Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadlərində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.







Azvision.az



Teqlər:





Xəbər lenti