“Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır” - Məzahir Pənahov

  23 Dekabr 2019    Oxunub : 4706
 “Sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılır” - Məzahir Pənahov
"Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkiləri ilə əlaqədar sosial şəbəkələrdə yayılan məlumatları araşdırmağa başlayıb".
Azvision.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkədə yayılan kadrlarda bəzi hallarda xoşagəlməz hallar görünür: "Bütün bu halları ciddi şəkildə araşdıracağıq. Heç kimə o hüquq verilməyib ki, Azərbaycan seçicisinin iradəsinə müdaxilə etsin. Ona görə heç kim narahat olmasın. Biz bütün bu halları araşdırıb, lazımi tədbirlər görəcəyik".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Seçki