Seçkilərlə bağlı MSK-ya daxil olan şikayətə baxılıb

Seçkilərlə bağlı MSK-ya daxil olan şikayətə baxılıb
  23 Dekabr 2019    Oxunub:6048
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətə baxılıb.
Azvision.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, 75 saylı Lənkəran-Masallı seçki dairəsində Türkoba bələdiyyəsinə namizədlər Nofəl Cəfərov və Ələkbər Şükürov tərəfindən MSK-ya seçki zamanı 29 və 30 saylı seçki məntəqələrində Türkoba ərazi nümayəndəsinin müavini Əfqan İbrahimov və Leyla Əzizova tərəfindən topa bülletenlər atılması barədə müraciət daxil olub. Müraciətdə onlar icra nümayəndəsi və müavininin namizədlərə hara istəyirlər, şikayət etmələrini, bunun mənasız olacağını söyləyiblər.

MSK müraciətin 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası müraciətə operativ qaydada baxmalıdır.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK  





Xəbər lenti