Bələdiyyə seçkilərində neçə nəfər səs verib? - RƏSMİ (VİDEO)

 Bələdiyyə seçkilərində neçə nəfər səs verib? -  RƏSMİ (VİDEO)
  24 Dekabr 2019    Oxunub:11007
Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkilərində yekun seçici fəallığı açıqlanıb.
Azvision.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, bələdiyyə seçkilərində seçici fəallığı 32.72 faiz olub.

MSK rəsmisi səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfərin səs verdiyini diqqətə çatdırıb.



Elvin Abdulqədirov
Azvision.az



Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti