Mehriban Əliyevadan Prezidentə ad günü təbriki

 Mehriban Əliyevadan Prezidentə ad günü təbriki
  24 Dekabr 2019    Oxunub:6488
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Azvision.az xəbər verir ki, Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alan təbrikdə bildirilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"



Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Mehriban-Əliyeva  





Xəbər lenti