Türkiyədə 74 hərbçi qidadan zəhərlənib

  24 Dekabr 2019    Oxunub : 1268
 Türkiyədə 74 hərbçi qidadan zəhərlənib
Türkiyədə 74 hərbçi qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hərbçilərin axşam yeməyindən sonra vəziyyəti pisləşib. Onlar dərhal müxtəlif xəstəxanalara yerləşdirilib. Hazırda hərbçilərin vəziyyətinin stabil olduğu deyilir.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Əsgər   Zəhərlənmə