Zərdabda 3 mağazanı qarət edən dəstə tutulub - FOTO

  24 Dekabr 2019    Oxunub : 1689
Zərdabda 3 mağazanı qarət edən dəstə tutulub - FOTO
Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən 3 mağazanın sahibi onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının oğurlnması barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zərərçəkənlərin izahatları alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin Zərdab rayonu Əlibəyli kənd sakinləri Yalçın Qasımzadə, Elmaz Hüseynov və Ələddin İsazadə tərəfindən törədildiyi müəyyən edilib.



Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin Zərdab və ətraf rayonlarda digər hüquqazidd əməllərdə iştirak edib-etmədikləri araşdırmalardan sonra məlum olacaq.

Azvision.az

Teqlər: DİN