Küçədə tapılan körpənin vəziyyəti normaldır - Nazirlik

 Küçədə tapılan körpənin vəziyyəti normaldır -    Nazirlik
  24 Dekabr 2019    Oxunub:2670
Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, körpənin vəziyyəti normaldır.

"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib", - nazirliyin məlumatında qeyd olunub.

Azvision.az


Teqlər: Səhiyyə   Gəncə  





Xəbər lenti