“Xalqımız xoşbəxtdir ki, İlham Əliyev kimi lideri var” - Əli Əhmədov

   “Xalqımız xoşbəxtdir ki, İlham Əliyev kimi lideri var” -    Əli Əhmədov
  24 Dekabr 2019    Oxunub:3536
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin doğum günüdür. Azərbaycanın XXI əsrdəki sürətli inkişafı, həyatımızın bütün sahələrində inkişafın olması, iqtisadiyyatın gücləndirilməsi, sosial layihələrin uğurla həyata keçirilməsi, ölkəmizin simasının bütünlüklə dəyişməsi, Azərbaycanın dünyada müasir imicinin, gələcəklə bağlı müsbət fikirlərin formalaşması, ordumuzun gücləndirilməsi, ölkəmizin beynəlxalq aləmdə rolunun artması Ulu Öndər Heydər Əliyevin siyasətinin XXI əsrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün insanlar İlham Əliyevi sevir, ona inanır, böyük ümidlər bəsləyirlər.

"Bunlar ciddi əsaslara söykənir. Bütün bunlar Azərbaycanın bu günü və gələcəyi ilə bağlı şübhə yaratmadan inkişaf perspektivləri ilə əlaqədardır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi lideri var".

Ə.Əhmədov qeyd edib ki, son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir: "Ölkə başısının həyata keçirdiyi siyasətin əsas hədəfində təhsil xüsusi yer tutur".

Aytən Zəhra
Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov   İlham-Əliyev   Prezident  





Xəbər lenti