Şamaxıda da vətəndaşların işi ASANlaşdı - FOTOREPORTAJ

  24 Dekabr 2019    Oxunub : 6493
 Şamaxıda da vətəndaşların işi ASANlaşdı - FOTOREPORTAJ
Bu gündən Şamaxı "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.
Azvision.az xəbər verir ki, Şamaxı “ASAN Həyat” kompleksində “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. Kompleks vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Məlumat üçün bildirək ki, Şamaxı “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb, 2019-cu il ilin dekabr ayında tikinti başa çatıb.

“ASAN Həyat” kompleksində ASAN Lounge, ABAD Food Hall, ASAN Təlim Mərkəzi, Şamaxı “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, avtobus dayanacağı, avtodayanacaq, istirahət meydançası və fəvvarə yaradılıb.

Qeyd edək ki, Şamaxı “ASAN Həyat” kompleksi Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində inşa edilib. Mərkəzdə əməkdaşların sayı 209, könüllülərin sayı 50 nəfər nəzərdə tutulub. Şamaxı regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Bundan əlavə, Şamaxı “ASAN xidmət” mərkəzi əsasən Şamaxı, Qobustan, İsmayıllı, AğsuGöyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara da xidmət göstərəcək.









































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: Şamaxı   ASAN-Xidmət