Şamaxı “ASAN Həyat” kompleksində bayram konserti - FOTOLAR

 Şamaxı “ASAN Həyat” kompleksində bayram konserti -    FOTOLAR
  24 Dekabr 2019    Oxunub:4602
Bu gün “ASAN xidmət” və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN Radionun media dəstəyi ilə Şamaxı “ASAN Həyat” kompleksində konsert proqramı təşkil olunub.
Azvision.az xəbər verir ki, tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, “ASAN xidmət” işçilərinin peşə bayramı günü və ASAN Radionun 4 yaşına həsr olunub.

Konsert proqramında Azərbaycanın Xalq artisti Aygün Kazımova, Aşıq Əli və Aşıq Samirə, Zenfira İbrahimova, Dj Roşka və digərləri səhnədə bir-birindən möhtəşəm mahnılarını ifa ediblər. Sonra bayram proqramı DJ-lərin ifası ilə davam etdirilib.

Qeyd edək ki, “ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

















Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Şamaxı   ASAN-Xidmət  





Xəbər lenti