Metronun 11 aylıq gəliri - 64,1 milyon manat

  24 Dekabr 2019    Oxunub : 1809
 Metronun 11 aylıq gəliri - 64,1 milyon manat
Cari ilin yanvar-noyabr aylarında 213,9 milyon nəfər metrodan istifadə edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz artıb.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində Bakı metrosunun gediş haqqından əldə etdiyi gəlir 64,1 milyon manatdan çox olub.

Azvision.az

Teqlər: Metro