“Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq” - Məzahir Pənahov

 “Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq” -   Məzahir Pənahov
  24 Dekabr 2019    Oxunub:3029
"Seçki məntəqələrinin təqribən 92 faizindən daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub"
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri vurğulayıb ki, şikayətlərə Dairə Seçki Komissiyalarında baxılmalıdır: "Növbəti mərhələdə isə Dairə Seçki Komissiyasının qərarından narazı qalanlar Mərkəzi Seçki Komissiyasına müraciət edə bilər. Sosial şəbəkələrdəki görüntüləri araşdıracağıq. Araşdırmalardan sonra yekun olaraq bununla bağlı qərar qəbul edəcəyik".

Elvin Abdulqədirov
Azvision.az




Teqlər: MSK  





Xəbər lenti