Vasif Talıbov həkimlərin maaşını 50 faiz artırdı

   Vasif Talıbov həkimlərin maaşını 50 faiz artırdı
  24 Dekabr 2019    Oxunub:3644
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Babək rayonunda icbari tibbi sığorta tətbiq edilib. Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Bundan başqa, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Babək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılır.

Azvision.az



Teqlər: Naxçıvan   Vasif-Talıbov  





Xəbər lenti