Azərbaycanda ilk dəfə vəkillərin sayı 1700-ü keçdi - FOTO
Ədliyyə Akademiyasının rektoru vəzifələrini icra edən, Vəkillərin İxtisas Komissiyasının üzvü Elçin Xələfov çıxış edərək vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyəti barədə fikirlərini səsləndirib, Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olduğunu bildirib və and içəcək namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 73 namizədlərin andiçmə mərasimi keçirilib, vəkilliyə namizədlər Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.
Azvision.az
Teqlər: Vəkillər-Kollegiyası Vəkil