Nazarbayev Putinlə tanışlığından danışdı: “20 il əvvəl məni təəccübləndirdi”

  25 Dekabr 2019    Oxunub : 2485
 Nazarbayev Putinlə tanışlığından danışdı: “20 il əvvəl məni təəccübləndirdi”
Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev Rusiya lideri Vladimir Putinlə tanışlığından danışıb.

Azvision.az -ın məlumatına görə, Nazarbayev “RİA Novosti”yə müsahibəsində deyib ki, Putinlə 20 il əvvəl görüşü zamanı onun enerjisinə, istənilən çağırışa aydın və dəqiq cavab verməyə hazır olmasına yaxşı mənada təəccüblənib.
"Vladimir Putin Rusiya hökumətinin başçısı olanda mənim müşahidə etdiyim ilk məqam onun yüksək bilik, enerji və ən çətin məsələləri həll etməyə hazırlığı idi. O zaman mən bu gənc siyasətçinin həyatda hər şeyə hazır olduğunu, istənilən çağırışa aydın və dəqiq cavab verə biləcəyini hiss etdim", - deyə Nazarbayev vurğulayıb.

Qazaxıstanın ilk Prezidenti hesab edir ki, Rusiya xalqı 21-ci əsrin əvvəllərində ölkəni idarə edən və ən çətin sınaqlardan keçirən Vladimir Putinə görə çox şanslıdır: "Onun rəhbərliyi altında Rusiya yenidən böyük bir gücə çevrildi".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Putin   Nazarbayev