Hərbçilərin yeni yaşayış binası istifadəyə verilib - VİDEO

Hərbçilərin yeni yaşayış binası istifadəyə verilib -  VİDEO
  25 Dekabr 2019    Oxunub:4322
Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazasının ərazisində yerləşən növbəti yaşayış binası hərbi qulluqçuların istifadəsinə verilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov nazirliyin rəhbərliyi adından mərasim iştirakçılarını salamlayıb.



Nazir müavini bildirib ki, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illər onların daimi və xidməti mənzillə mütəmadi təmin olunması ölkə başçısının Ordumuza göstərdiyi qayğının bariz nümunəsidir.

Tədbir zamanı məlumat verilib ki, beşmərtəbəli bina 70 tam təmirli mənzildən ibarətdir və bütün kommunikasiya xətləri ilə təchiz olunub.



Hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahətini təmin etmək məqsədilə bütün lazımi şəraitin yaradıldığı bina üçün yarımstansiya tikilib, qaz, su, işıq sayğacları qoyulub, mənzillər mətbəx, qonaq, uşaq və yataq mebelləri və istilik sistemi ilə təmin edilib. Əraziyə asfalt döşənib, 100 kubluq su çəni qoyulub və yaşıllaşdırma işləri həyata keçirilib.



Mənzillər təqdim edilən hərbi qulluqçular göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Sonra HHQ komandanı general-leytenant R.Tahirov burada yaradılan şəraitlə tanış olub və hərbçilərin ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edib.













Azvision.az


Teqlər: HHQ   Ev   Bina  





Xəbər lenti