"Azərbaycan sənaye ilə bağlı doyma nöqtəsinə çatıb" - Vüsal Qasımlı

"Azərbaycan sənaye ilə bağlı doyma nöqtəsinə çatıb" -  Vüsal Qasımlı
  25 Dekabr 2019    Oxunub:3219
"Azərbaycan sənaye ilə bağlı doyma nöqtəsinə çatıb. Proqnozlara əsasən 2020-2023-ci illərdə informasiya və rabitə texnologiyaları 31,1 faiz, turizm 24,9 faiz, amma sənaye 14 faiz inkişaf edəcək".
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, xidmət sektorunun üstün tempi açıq-aydın görünür:

"Biz postindustrial dövrə keçmişik. Bu gün ümumi daxili məhsul ümumi data məhsul kimi təqdim edilir, yəni, sənin nə qədər çox datan varsa, onu emal edirsənsə, iqtisadiyyatın o qədər inkişaf edəcək. Azərbaycan balaca ölkədir, təbii ki, Çindəki kimi data istehsal olunmayacaq. Bizim çıxış yolumuz daha çox datanın emalı üzərində qurulur. Bizim kimi balaca ölkələr fundamental elmlərdən çox tətbiqin üzərində işləməlidir. Yüksək göstəricilərə malik olan Hesablama Mərkəzinin qurulması, Azərbaycanın indiki halda yüksək qərarıdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: VüsalQasımlı   İİTKM  





Xəbər lenti