Ölkəyə pirotexniki vasitələrin gətirilməsinə imkan verilmədi

Ölkəyə pirotexniki vasitələrin gətirilməsinə imkan verilmədi
  25 Dekabr 2019    Oxunub:2595
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələrin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Qaz 32213” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin damında 948 ədəd üzərində “Magical Candle” yazılan fişəng və 15 min 600 ədəd pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti