Daşkəsəndə qətl törədən keçmiş məhkum tutulub

Daşkəsəndə qətl törədən keçmiş məhkum tutulub
  25 Dekabr 2019    Oxunub:2790
Dekabrın 21-də Daşkəsən rayonunun Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Daşkəsən   Qətl  





Xəbər lenti