Umayra Tağıyeva: “Ölkədə hava anomal isti keçir”

      Umayra Tağıyeva:    “Ölkədə hava anomal isti keçir”
  25 Dekabr 2019    Oxunub:3201
Azərbaycanda hazırda qeydə alınan hava temperaturu daha çox oktyabrın sonu, noyabrın birinci ongünlüyü üçün səciyyəvidir. Ölkədə hava anomal isti keçir.

Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, havanın orta temperaturu çoxilik normadan 3-4 dərəcə yuxarı olub. Bu ay ən yüksək temperatur dekabrın 24-də 15,4 dərəcə olub ki, bu da iqlim normasından 6,2 dərəcə yüksəkdir: "Bununla yanaşı, son 20 ildə 2003-cü ilin 18 dekabr tarıxındə 22,5 dərəcə qeydə alınıb ki, bu da rekord göstəricidir. Çoxillik norma ilə müqayisədə yağıntının miqdarı az olub. Əksər rayonlarda yağıntının miqdarı aylıq normanın cəmi 6-54 faizini təşkil edib. Yalnız Abşeron yarımadasında yağıntının miqdarı iqlim normasına yaxın - 76-115%.olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: Hava   ETSN  





Xəbər lenti