5882 qadın bələdiyyə üzvü seçilib - RƏSMİ

5882 qadın bələdiyyə üzvü seçilib -  RƏSMİ
  25 Dekabr 2019    Oxunub:4231
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 5882 qadın qalib olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, qadınların sayı ümumi qalib gələn namizədlərin 38,81%-ni təşkil edib. Seçilən kişilərin sayı 9272 nəfərdir. Əvvəlki seçkilərlə müqayisədə bu, Azərbaycan tarixində ilk belə göstəricidir.


Qeyd edək ki, 2014-cü ildəki bələdiyyə seçkilərində qalib olan qadınların sayı 35 faiz olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Bələdiyyə   Qadın  





Xəbər lenti