Yanvarda şaxtalı günlərin sayı az olacaq

Yanvarda şaxtalı günlərin sayı az olacaq
  25 Dekabr 2019    Oxunub:3522
Azərbaycanda yanvar ayında müsbət anomaliya üstünlük təşkil edəcək. Şaxtalı günlərin sayının az olacağı, həmçinin yağıntıların normadan aşağı olacağı gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yanvar ayında Bakıda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur:"Çoxillik məlumatlara əsasən, 1961-ci ildən başlayaraq yalnız 4 dəfə (1964 г.-1,10С 1969г. - 0,40С 1972 г.-2,30С 1977 г.-1,20С) ortaminimal temperatur mənfi olub. Son 30 ildə isə yalnız bir dəfə 2008-ci ildə mənfi orta minimal temperatur qeydə alınmışdır (-1,4). Ümumdünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, yanvar ayında bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti