Zaqatalada qəza - 1 ölü, 2 yaralı

Zaqatalada qəza -    1 ölü, 2 yaralı
  25 Dekabr 2019    Oxunub:4597
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 25-də saat 1 radələrində Zaqatala şəhəri ərazisində Əliabad qəsəbə sakini Tural Gülməmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Zaqatala   Qəza   Yol  





Xəbər lenti