“Qış və yay arasında heç bir əlaqə yoxdur” - ETSN rəsmisi

“Qış və yay arasında heç bir əlaqə yoxdur” -    ETSN rəsmisi
  25 Dekabr 2019    Oxunub:2743
Qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında analogiyalar izləmək mümkün deyil.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu il qışın mülayim keçməsi ilə əlaqədar yayda havanın daha isti olacağı barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur: "Son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur. Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azaldılmasına yönələn tədbirlər həyata keçirir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti