Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü

 Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
  25 Dekabr 2019    Oxunub:5232
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun müalicəsini öz üzərinə götürüb.
Bu barədə Azvision.az -a aktyor özü məlumat verib.

Özəl xəstəxanalardan birinə yerləşdirilən Xalq artisti hazırda müalicəsinin davam etdiyini bildirib və ona göstərdiyi diqqətə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Azvision.az


Teqlər: Rafael-Dadaşov   Xalq-artisti  





Xəbər lenti