Naxçıvanda yeni istehsal sahəsi fəaliyyətə başlayıb

Naxçıvanda yeni istehsal sahəsi fəaliyyətə başlayıb
  25 Dekabr 2019    Oxunub:3032
Naxçıvanda “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilib.
Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib.



Qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında istehsal olunan mineral suların daxili və xarici bazarlara çıxarılması üçün lazımi işlər həyata keçirilir. Bulaqlardan səmərəli istifadə etmək üçün yeni müəssisələr yaradılır. Hazırda Badamlı qəsəbəsində ildə 100 milyon litrə yaxın “Badamlı” suyu istehsal edəcək yeni müəssisə qurulur. Bu müəssisələrin hər birinin xammala olan tələbatı yeni istehsal sahəsi tərəfindən ödəniləcəkdir. Burada istehsal olunacaq plastik kapsullar xaricdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətli və ucuz olacaq, eyni zamanda sifarişçinin istəyinə uyğun ölçülərdə buraxılacaqdır. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın sərvətlərindən səmərəli istifadə olunmasına və ümumi inkişafa öz töhfəsini verəcəkdir.

Məlumat verilib ki, 7500 kvadratmetr sahəni əhatə edən müəssisədə Kanada istehsalı olan avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. Gücü ildə 60 milyon ədəd kapsul və 80 milyon plastik qapaq olan istehsal xəttində 10 çeşiddə plastik kapsul və bir çeşiddə qapaq istehsal olunacaqdır. İstehsal sahəsi ilə yanaşı burada hazır məhsul, xammal anbarı və digər xidmət sahələri də yaradılıb.



Müəssisənin fəaliyyətinin genişləndirilməsi su istehsalçılarının keyfiyyətli yerli taralarla təmin olunmasına və ixracın genişlənməsinə imkan verəcəkdir. Müəssisənin məhsullarının ölkəmizin digər regionlarına və Türkiyə Respublikasına da ixracı nəzərdə tutulur. İşçilər nahar yeməyi, xüsusi geyim formaları və nəqliyyat xidməti ilə təmin olunublar.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti