Azərbaycan-Qətər əlaqələri müzakirə olunub

Azərbaycan-Qətər əlaqələri müzakirə olunub
  25 Dekabr 2019    Oxunub:2067
Dekabrın 25-də Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Baş Naziri və Daxili İşlər naziri Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Təni ilə görüşüb.
Azvision.az səfirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələri, onların inkişaf etdirilməsi və gücləndirilməsi yolları müzakirə edilib.

Səfir R.İsmayılov ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində atılmış addımlar, eləcə də həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və sərmayə sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.

Azvision.az



Teqlər: Səfirlik   Qətər   Səfir  





Xəbər lenti