“ASAN Xidməti könüllülərsiz təsəvvür etmək olmaz”

“ASAN Xidməti könüllülərsiz təsəvvür etmək olmaz”
  19 Dekabr 2013    Oxunub:936
“Vətəndaşların yüksək səviyyəli və keyfiyyətli xidmət alması bizim üçün vacib məsələdir. ASAN Xidmət mərkəzlərində "vətəndaş həmişə haqlıdır " prinsipi qorunub saxlanır”.
AzVision.az-ın məlumatına görə bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN Könüllüləri Gənclər Təşkilatının I Qurultayında çıxışı zamanı deyib.

İ.Kərimovun sözlərinə görə, artıq ASAN Xidməti könüllülərsiz təsəvvür etmək olmaz:

"Könüllülük fəaliyyəti qanunvericiliklə tənzimlənir. Könüllülər ASAN Xidmətdə təlimlərə cəlb olunur. Artıq minə yaxın könüllü əldə etdiyi təcrübə nəticəsində həm Asan xidmətdə, həm də digərr dövlət qurumlarında işə cəlb olunur. Artıq hər bir ASAN xidmətdə 80 -100 könüllü fəsliyyət göstərir. Bu qurultayın keçirilməsi çox sevindiricidir. Könüllülərin gələcək fəaliyyətində hansı zəruri tədbirlər görmək lazım gələrsə, həyata keçirəcəyik".

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti