Bakıda daha bir marşrut xətti kart sisteminə keçib

Bakıda daha bir marşrut xətti kart sisteminə keçib
  26 Dekabr 2019    Oxunub:3082
Artıq 39 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada "BakıKart"la ödənilməkdədir.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, sabahdan eyni ödəniş üsulu 202 nömrəli marşrut xətti üzrə avtobuslarda tətbiq ediləcək.

Həmçinin qeyd edilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir: "İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək".

Azvision.az



Teqlər: BNA   Avtobus  





Xəbər lenti