Türkiyə Liviyaya ordu göndərməyə hazırdır

 Türkiyə Liviyaya ordu göndərməyə hazırdır
  26 Dekabr 2019    Oxunub:3649
"Liviyadakı neqativ proseslər yalnız bu ölkəni deyil, eyni zamanda qonşu ölkələri də narahat edir"
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Liviyadan dəvət gəlsə, Türkiyə oraya hərbi kontingent göndərməyə hazırdır.

"Türkiyə ilə Liviya arasındakı əlaqələr hər kəsə məlumdur" - deyən Ərdoğan diqqətə çatdırıb ki, bu günə qədər Türkiyə heç bir ölkəyə dəvət olmadan getməyib.

“Liviyadan dəvət gəlsə, onu qiymətləndirib müvafiq addımlar atacağıq. Soruşmaq istərdim ki, Sudandan beş min və “Vaqner”dən iki min əsgər Liviyaya niyə gəlib? Orada nə edirlər? Haftarın heç bir legitimliyi yoxdur. O, legitimliyi olmadan vəziyyətdən sui-istifadə edir. Beynəlxalq ictimaiyyət isə Liviyada lider kimi Sərracı tanıyır", - deyə Türkiyə Prezidenti qeyd edib.

Azvision.az



Teqlər: Türkiyə   Liviya   Ərdoğan  





Xəbər lenti