Putin Qızıl meydanda xokkey oynadı - FOTO+VİDEO

   Putin Qızıl meydanda xokkey oynadı -  FOTO+VİDEO
  26 Dekabr 2019    Oxunub:3599
Rusiya Prezidenti Vladimir Putin Moskvadakı Qızıl meydanda yerləşən buz meydançasında xokkey oynayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Gecə Xokkey Liqası çərçivəsində keçirilən matçda Putinin komandası rəqibinə 8:5 hesabı ilə qalib gəlib.

Qalib komandanın heyətində qollardan yarıdan çoxunu Putin rəqib qapısından keçirib. Onun komandasında Müdafiə naziri Sergey Şoyqu, Rusiya xokkeyinin əfsanələri Pavel Bure, Valeri Kamenski, Sergey Fyodorov, Aleksey Kasatonov yer alıblar.


Rəqib komandanın heyətində isə Tula qubernatoru Aleksey Dyumin, biznesmenlər Qennadiy Timçenko, Vladimir Potanin və Roman Rutenberq, həmçinin musiqiçi İqor Butman forma geyinib.







Azvision.az



Teqlər: Putin   Rusiya   Xokkey  





Xəbər lenti