“Bəzi səfirliklər işimizə müdaxilə etməyə çalışır” - Anar Bağırov

  26 Dekabr 2019    Oxunub : 3001
“Bəzi səfirliklər işimizə müdaxilə etməyə çalışır” - Anar Bağırov
"Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri bizim işimizə müdaxilə etməyə çalışırlar".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, vəkillərin işinə heç kim müdaxilə edə bilməz.

"Bu gün Azərbaycan dövləti vəkillərin müstəqilliyini təmin edir, işlərinə müdaxilə etmir. Azərbaycanda fəaliyyət göstərən səfirliklər nə üçün bizim işimizə müdaxilə etməyə çalışır? Onlar öz ölkələrində vəkillərin işinə müdaxilə edirlər? Bəs Azərbaycanın xarici ölkələrindəki səfirlikləri o dövlətlərin vəkillərinin işinə müdaxilə edirmi? Xeyr. Amma bəzi səfirliklər vəkillərin işinə müdaxilə edirlər. Onlardan hesabat alırlar. Bəzilərini çağırıb hansısa işlə bağlı məlumat istəyirlər. Onların nə ixtiyarı var buna? Cenevrə Konvensiyası var. Onlar bizim işimizə qarışa bilməzlər. Biz tam müstəqilik", - deyə A.Bağırov bildirib.

Kollegiya sədri vurğulayıb ki, belə hallara yol vermək olmaz: "Eyni zamanda bizim bəzi həmkarlarımız da başa düşməlidir ki, biz buna yol verməyəcəyik. Heç bir vəkil xarici səfirliklərə hesabat verə bilməz".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Anar-Bağırov   Vəkil   Səfirlik