Bakı metrosu bayram günü 1 saat artıq işləyəcək

   Bakı metrosu bayram günü 1 saat artıq işləyəcək
  26 Dekabr 2019    Oxunub:3350
Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Azvision.az -a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Qatar  





Xəbər lenti