Nazirlik sənədləri şübhə yaradan oduncaq aşkarlayıb

  26 Dekabr 2019    Oxunub : 1321
Nazirlik sənədləri şübhə yaradan oduncaq aşkarlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Lənkəran rayonu ərazisində yerləşən ağac emalı sexində sənədləri şübhə yaradan 4 kubmetr həcmində işlik oduncaq aşkar edilib.
ETSN-dən Azvision.az -a verilən məlumata görə, nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rəfayıl Tahirov jurnalistlərə bildirib ki, işlik oduncağın əldə edilmə mənbələrini müəyyənləşdirmək və sənədlərinin qaydada olduğunu dəqiqləşdirmək məqsədilə araşdırma aparılır.

Araşdırma başa çatanadək oduncaq Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin anbarına daşınıb.

Azvision.az

Teqlər: ETSN