Azərbaycanlı idmançıya 12 il cəza verildi

Azərbaycanlı idmançıya 12 il cəza verildi
  26 Dekabr 2019    Oxunub:3612
Cari ildə bir idmançıya iki antidopinq qayda pozuntusuna görə 12 il müddətinə diskvalifikasiya sanksiyası tətbiq edilib. Hazırda iş apellyasiya mərhələsindədir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Antidopinq Agentliyinin (AMADA) sədri Şəfəq Hüseynli 2019-cu il üzrə illik hesabatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, AMADA-nın qəbul etdiyi qərar Ümumdünya Antidopinq Agentliyi (ÜADA) tərəfindən yoxlamadan keçib və ÜADA həmin qərardan Apellyasiya Komitəsinə müraciət edib. Nəticədə idmançının sanksiyası ikiqat artırılıb.

"AMADA tərəfindən araşdırmalar nəticəsində müəyyən edilib ki, dopinq nəticəsi müsbət olmuş 2 idmançının istifadə etdiyi bioloji fəallığa malik qida əlavələrinin tərkibində antibiotik steroidlər mövcuddur. Həmin qida əlaqələrinin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı müraciət edilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: AMADA   Dopinq  





Xəbər lenti