Bakı məktəblərində 943 nəfər işə qəbul olunub

Bakı məktəblərində 943 nəfər işə qəbul olunub
  26 Dekabr 2019    Oxunub:2452
2019-cu təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə 943 nəfər daimi əsaslarla işə qəbul olunub.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, bunlardan 414-ü müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz əmək müqaviləsi ilə işə qəbul mərhələsi, 274-ü vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi, 255-i isə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul edilib.

Müddətli müqavilə əsasında isə 1662 nəfər işə qəbul olunub. Bunlardan 1099 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli əmək müqaviləsi ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində işlə təmin olunub. Həmçinin pensiya yaşı çatmış 563 müəllimlə müddətli əmək müqaviləsi bağlanılıb.



Azvision.az



Teqlər: BŞTİ   Məktəb   İş  





Xəbər lenti