PA-nın keçmiş şöbə müdiri nazir müavini təyin edildi - EKSKLÜZİV

  26 Dekabr 2019    Oxunub : 23962
PA-nın keçmiş şöbə müdiri nazir müavini təyin edildi - EKSKLÜZİV
Ədliyyə Nazirliyində yeni müavin təyinatı olub.
Azvision.az -ın əldə etdiyi məlumata görə, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Eldar Nuriyev bundan əvvəl Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri işləyib. O, noyabrın 29-da vəzifəsindən azad olunub.

Azvision.az

Teqlər: Ədliyyə   Eldar-Nuriyev