1329 nəfər deputatlığa namizəd oldu

 1329 nəfər deputatlığa namizəd oldu
  26 Dekabr 2019    Oxunub:2775
Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 1329 namizəd müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, namizədlərin 262 nəfəri 15 siyasi partiya tərəfindən irəli sürülüb. 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1056 nəfər isə fərdi qaydada özü namizədliyini irəli sürüb.

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 1042 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 829 nəfəri imza vərəqələrin götürüb. 60 nəfəri geri qaytarıb və onlardan biri isə qeydə alınıb.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti