Narkotik satışı ilə məşğul olan şəxslər tutulub

  26 Dekabr 2019    Oxunub : 1323
Narkotik satışı ilə məşğul olan şəxslər tutulub
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş V.Cavadov Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ondan 2 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Ondan 3 qramdan artıq, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək, 99 qramdan çox metamfetamin, 3 elektron tərəzi və 150 min İran rialı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Narkotik