Şabranda soyğunçuluq edən şəxslər axtarılır

  26 Dekabr 2019    Oxunub : 1247
Şabranda soyğunçuluq edən şəxslər axtarılır
Şabran rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, zərərçəkmişin üzünü gördüyü soyğunçulardan birinin sol qulağında sırğa və sağ gözü ətrafında çapıq olub. Onun ifadəsi əsasında həmin soyğunçunun fotorobotu hazırlanıb.

Soyğunçuların hər ikisinin boyu təxminən 175-180 santimetr, arıq bədən quruluşlu, qısa qara saçlı və az saqqallı olublar. Hadisəni törədərkən əyinlərində cins şalvar və tünd rəngli üst geyimi olub. Soyğunçuları tanıyan və görənlər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından (023)353-23-05 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

Azvision.az

Teqlər: DİN   Şabran   Cinayət