Sergey Narışkin Prezidentə məktub göndərib

 Sergey Narışkin Prezidentə məktub göndərib
  27 Dekabr 2019    Oxunub:3288
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti vəzifənizdə yeni uğurlar, möhkəm cansağlığı, yaradıcılıq ruhu, xoşbəxtlik, firavanlıq, əziz və yaxın insanların səmimi diqqətini və sevgisini arzu edirəm.

Fürsətdən istifadə edib Rusiya və Azərbaycanın təhlükəsizliyinin təmin olunması, milli maraqların müdafiəsi, MDB məkanında sülhün və sabitliyin qorunub saxlanması məqsədilə ölkələrimizin xüsusi xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişafına göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm".

Azvision.az



Teqlər: Rusiya   Narışkin  





Xəbər lenti