Naxçıvanda səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı

  26 Dekabr 2019    Oxunub : 2230
 Naxçıvanda səhiyyə işçilərinin maaşı 50 faiz artırıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 26-da Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq ediləcək Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasına, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilib və işçilərinin aylıq vəzifə maaşları 2020-ci il yanvarın 1-dən 50 faiz artırılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etsin və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etsin.

Azvision.az

Teqlər: Naxçıvan   Maaş   Səhiyyə