Məktəblərdə Yeni il tətilinin dəqiq vaxtı açıqlandı

 Məktəblərdə Yeni il tətilinin dəqiq vaxtı açıqlandı
  27 Dekabr 2019    Oxunub:4972
Təhsil Nazirliyi Yeni il tətili ilə bağlı məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

Azvision.az



Teqlər: Məktəb   Təhsil   Yeni-İl   Bayram   Tətil  





Xəbər lenti