Xırdalanın bir hissəsi qazsız qaldı

Xırdalanın bir hissəsi qazsız qaldı
  27 Dekabr 2019    Oxunub:2567
Bu gün səhər saatlarından etibarən Xırdalan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.
"Azəriqaz" İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, fasilələr mövcud qaz şəbəkəsindəki hansısa nasazlıqlarla bağlı deyil. Belə ki, Xırdalan şəhərinin Heydər Əliyev prospekti, H.Z.Tağıyev və S.Bəhlulzadə küçələrində genişmiqyaslı abadlıq işləri aparılır. Bu işlərin gedişatına şərait yaradılması, eləcə də ərazidəki qaz kəmərlərinin təhlükəsizliyi üçün qaz təminatında müvəqqəti fasilələrə zərurət yaranıb.

Abadlıqla məşğul olan təşkilatların işləri yekunlaşdığı andan abonentlərin qaz təchizatı dərhal bərpa olunacaq.

Azvision.az



Teqlər: Qaz   Xırdalan   Azəriqaz  





Xəbər lenti